Nobel mükafatçısının evi qarət edildi

Ədəbiyyat üzrə Nobel mükafatçısı Olqa Tokarçukun Polşadakı mənzili qarət edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, Vroslav rayonunda yerləşən mənzilə naməlum şəxslər daxil olaraq oradan müxtəlif valyutada olan pulları oğurlayıblar.

Faktla bağlı əlavə məlumat verilmir.

Qeyd edək ki, xanım Tokarçuk Nobelə Avstriya yazıçısı Peter Handke ilə birlikdə 2019-cu ildə sahib olub.