Növbədə Yanukoviçin oğludur

Yanikoviv

Ukraynada sabiq prezident Viktor Yanukoviçin oğlu axtarışa verilib.

Xalq.az-ın məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi xəbər yayıb.

Xəbərə görə, Ukrayna Təhlükəsizlik Xidməti sabiq prezident Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviçi axtarışa verib.

Qeyd edək ki, Ukrayna Baş prokurorluğu da Aleksandr Yanukoviçi axtarışa verib. O, saxta sənədlərin düzəldilməsində təqsirləndirilir.

Aleksandr Yanukoviç saxlanıldığı təqdirdə, onu 2 ildən 5 ilə qədər həbs gözləyir.