Millət vəkili gizli bizneslərdən danışdı

Elmira

“Baxçalar üçün ayrılan vəsait niyə icra edilməyib ?”

XALQ.AZ-ın məlumatına görə, millət vəkili Elmira Axundova milli məclisin bugünki iclasında Hesablama Palatasının hesabatı ilə bağlı danışıb. O bildirib ki, hesabatında göstərildiyi kimi təhsilə ayrılan pul, ötən ilki ilə müqayisədə 8 faiz çoxdur. Arzu edirəm ki, bura müəllimlərin məvacibi də aid olsun:

“Texnik peşə sahələrinə nəzər yetirdikdə görürük ki, sanki bu sahəyə heç kimdə həvəs yoxdur. Fikrimcə bu sahəyə diqqət yetirilməlidir. Mənzil kommunal təsərrüfatı xərcləri və dövlətin əmlak alqı-satqısında real bazar qiymətləri nəzərə alınmır. Bunlar gizli biznesdir. Burada süründürməçiliklər var. Rayonlarda məktəbəqədər təhsil müəssisələrinə diqqət yetirilməlidir. Son illər kəndlərdə baxçaya tələbat artıb. Bu məsələ ilə bağlı hesabatda bir fakt diqqətimi cəlb etdi. Baxçalar üçün ayrılan vəsait icra edilməyib. Niyə? Bunun səbəbi niyə açıqlanmır? Bilmək istərdim ki, eyni qanun pozuntusu, eyni problem niyə ildən ilə ötürülür? İstərdim ki, Vüqar müəllim buna cavab versin”.