Novruz Aslanov növbəti dəfə seçicilərini qəbul edib

Millət vəkili Novruz Aslanov mart ayının 25-də İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərini qəbul edib.

XALQ.AZ xəbər verir ki,pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda 2-ci Qarabağ müharibəsinin qaziləri də iştirak edib. Bayram münasibəti ilə deputatı təbrik edən sakinlər və qazilər qeyri-iş günündə də vaxt ayırıb onlarla görüşə gələn millət vəkilinə təşəkkür ediblər. Deputat da öz növbəsində qəbula gələn sakinləri təbrik edərək belə görüşlərin davamlı olacağını bildirib.

Qəbulda seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerindəcə həll olunub. Həlli vaxt tələb edən məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib. Əsasən “Yaşat Fondu”nun fəaliyyəti ilə bağlı qazilərə məlumatlar verilib. Şəhid ailələrinə və qazilərə dövlətin dəstəyindən söhbət açılıb. Deputat bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu zəfər Azərbaycan tarixinə qızıl hərflərlə həkk olub. Torpaqların 44 gün ərzində işğaldan azad olunması Azərbaycan dövlətinin qüdrətli ordusunun və məqsədyönlü diplomatiyasının təntənəsidir.

Sonda qazilərlə xatirə şəkilləri çəkilib.

XALQ.AZ