Novruz Aslanov seşiciləri ilə onlayn qəbul keçirib -Fotolar

Oktyabr ayının 13-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib. Videoformatda keçirilən qəbul millət vəkilinin İsmayıllı rayonunda yerləşən ofisində seçicilərlə canlı görüntü vasitəsilə baş tutub. Belə ki, ofisdə bu videoformat üçün bütün lazımi şərait yaradılıb.

Sakinləri maraqlandıran məsələlərə dair müzakirələr aparılıb, müraciətlərin hamısı qeydiyyata alınıb. Əsasən sosial müdafiə sahəsinə aid olan məsələlər barədə müraciət edən sakinlərə müvafiq prosedur qaydaları barədə məlumatlar verilib. Bəzi məsələlər yerində həll edilib. Deputat müraciətlərin aidiyyəti qurumlara yönəldiləcəyini seçicilərə bildirilib. Şəxsi məişət problemləri barədə də müraciətlər olub. Ənənəvi olaraq dəstək məqsədilə müvafiq humanitar yardımların edilməsi nəzərdə tutulub.