Novruz Məmmədov qərar imzaladı

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. 

Qərara əsasən, Mədəniyyət Nazirliyinin strukturuna dəyişiklik edilib. Mədəniyyət və istirahət parkları Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumların siyahısından çıxarılıb.