Novxanıda iki qardaş qanına qəltan edildi

Qan

Abşeron rayonunda iki qardaşı qanına qəltan ediblər.

Abşeron rayon Polis İdarəsindən verilən əmlumata görə, Novxanı qəsəbəsində Asif Məmmədov və onun qardaşı 26 yaşlı Vasif Məmmədov bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hər iki qardaş təcili olaraq əməliyyat olunub. Lakin əməliyyat zamanı Vasif Məmmədovun vəziyyəti daha da kəskin pisləşib. Həkimlərin səyinə baxmayaraq xəstə dünyasını dəyişib. Digər qardaşın isə vəziyyəti ağırdır.

Polis keçirdiyi əməliyyat nəticəsində qardaşları vuran Vüqar Yusifov saxlanılıb. Baş verən münaqişənin səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.