Şeyx səfirlə görüşdü

3

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alpər Coşkunu qəbul edib.

Səfiri mübarək Ramazan ayının gəlişi münasibəti ilə təbrik edən Allahşükür Paşazadə oruc və namazlarının qəbulu üçün Allah-Təalaya dualar etdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.