Nyu-Yorkda bir gündə 4,8 mindən çox insan koronavirusa yoluxdu

ABŞ-ın Nyu-York ştatının hakimiyyət orqanları son sutka ərzində 4 812 yeni koronavirusa yoluxma hadisəsi qeydə alnıb. 

XALQ.AZ xəbər verir ki, bu barədə martın 22-də keçirdiyi mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo deyib 

O bildirib ki, yoluxma hallarının ümumi sayı 10 356-dan 15 168-ə yüksəlib.

“Koronavirusa yoluxma hallarının ümumi sayı 15 min, yeni halların sayı 4 812 təşkil edib”, – Kuomo deyib. Onun sözlərinə gorə, 15 168 nəfərdən 1 974-ü xəstəxanalara yerləşdirilib.