Obama uduzdu

38

 

ABŞ Prezidenti Barak Obama mərcdə Belçikanın Baş naziri Elio di Rupoya iki yeşik pivə uduzub. Bu barədə xarici KİV-də  məlumata verilib, onlar 2014-cü il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində öz ölkələri arasında keçirilmiş oyuna hesab veriblər.

Matç öncəsi Baş nazir B.Obamanı “Twitter” səhifəsindən 2 yeşik pivədən mərcə girməyə çağırıb. ABŞ Prezidenti çağırışı qəbul edib, amma görüş 2:1 hesabı ilə belçikalıların xeyrinə başa çatdığına görə mərci uduzub.

Sentyabrın 12-də ABŞ-ın Belçikadakı səfirliyi rəsmi “Twitter” səhifəsində iki yeşik Amerika pivəsinin Baş nazirə çatdırıldığını açıqlayıb.