Ödənişli, yoxsa PULSUZ ÇİMƏRLİKLƏR?

Son günlər havaların kəskin isti keçməsi çimərliklərə üz tutanların sayını xeyli artırıb. Paytaxt ərazisində ictimai çimərliklər olsa da bəzi şəxslər müəyyən ödəniş qarşılığında qapalı çimərliklərə üz tuturlar.

İctimai çimərliklərdə şezlonq, çətirlər, oyun meydançası, duş və geyinmə kabinləri, həmçinin ətrafın təmizliyi üçün məişət tullantılatı qutularından pulsuz istifadə etmək mümkündür.

Eyni xidmətlərdən ödənişli çimərliklərdən istifadə edərkən 5-20 manat arası pul alınır. Xidmət səviyyəsi daha yuxarı olan çimərliklərdə bu rəqəm iki dəfə baha olur.