“Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır” – Deputat

Qarabağ separatçılarının lideri Araik Arutunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib.
“Bizi xilas edin” səpgili açıqlama yayımlayan Arutunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar. Erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff facebook səhifəsində “Ağ Evin Arsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib.
Millət vəkili Azər Badamov   deyib ki, qondarma rejimin saxta “prezidenti” Araik Aratunyan son çarələrə baş vurub:
“Bu, separatçıların son çırpınışlarıdır. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hətta Ermənistanın özü də şifahı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etdiyini bildirib. Laçın yolu da bağlı deyil. Suverən ölkələrin əməkdaşlığı və beynəlxalq normalara uyğun qanuni keçidlər üçün daim açıqdır. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə Ağdam-Xankəndi və digər alternativ yolları təklif edib. Azərbaycan bütün hərəkətlərini beynəlxalq normalarla nizamlayır. Ona görə də heç bir ölkə bizi öz yolumuzdan döndərə bilməz. Araik və digər separatçıların bütün ağlaşmaları yersiz və məntiqsizdir. Onların birgəyaşayış üçün Azərbaycana üz tutmaqdan başqa yolları yoxdur”.