media-reh

Sensasion sənədlər yayıldı.

Bir necə gün öncə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın Odlar Yurdu Universitetinin tibbi biologiya ixtisası üzrə bakalavr təhsilini başa vuran şəxsin həkim kimi çalışdığını yazaraq bu həkimə aid diplomları paylaşmışdı.

Odlar Yurdu Universiteti, ATM, Bakı, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 45 — Yandex Maps

Apardığımız araşdıma zamanı bəlli oldu ki, Qənirə Ataşovanın paylaşdığı diplomlar  fizioterapevt və reabilitiloq Rəhimə Atəşə məxsusdur.

Qənirə Ataşovanın  yayımladığı xəbərdə bildirilirdi:

Əgər 3-4 cu dərəcəli artrozdan əziyyət cəkirsinizsə,əməliyyat olmaqdan qoruxursunuzsa və ya sağlığınızla əlaqəli əməliyyat risklidirse o zaman Arthrasamidlə əməliyyatsız 10-15 il müddətində hərəkət qabiliyyətinizi bərpa ede bilerik.Daha rahat hərəkət ...

Azərbaycanın axsaq səhiyyə sisteminin diqqətinə! Bu sənədin sahibi Azərbaycan Səhiyyə Nazirliyindən həkim-fizioterapevt kimi sertifikat alıb. O, digər tibb universiteti məzunları kimi tam ixtisaslı həkim sertifikatını necə əldə edib? Gəlin, onun təhsil yoluna nəzər salaq:

– 2003-2008-ci ildə Odalar Yurdu Universitetinə tibbi biologiya ixtisası üzrə bakalavr təhsil alıb.

Maraqlıdır ki, bir il sonra tibbi biologiya ixtisasını bitirən şəxs Şəmkir Rayon Xəstəxanasında həkim-fizioterapevt kimi internatura keçib. Saxtakarlığın ilk təməli elə burada qoyulub.

Bu məlumat yayıldıqdan sonra, diplomun kimə məxsus olduğu öyrənməyə çalışdıq.

İddialara görə, bu diplomun sahibi Fizioterapiya və Reabilitasiya Mərkəzində çalışan, özünün sosial platmfora hesabında Dr. fizioterapevt və reabilitiloq kimi təqdim edən Rəhimə Atəşə məxsusdur.

Şəkilin açıqlaması yoxdur.

Bu məlumatı yayımlamadan öncə, xanım reabilitiloq Rəhimə xanım Atəşlə əlaqə saxlamağa çalışdıq. Artıq iki gündür Rəhimə Atəşin qəbul telefonu ilə köməkçisi ilə əlaqə saxlayaraq, onun da mövqeyini təqdim etmək istədik. Amma nə yazıq ki, hər zəngimizdə Rəhimə Atəşin köməkçisi “Rəhimə xanıma məlumat vermişik, sizinlə əlaqə saxlayacaq”-deyə cavab verdi.

Şəkilin açıqlaması yoxdur.

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Vətəninfo.az

 

 


media-ads728x90

Bənzər xəbərlər