Oğul anasını öldürdü

Bicaq-1

Ötən gün Bakının Sabunçu rayonu ərazisində dəhşətli cinayət baş verib.

Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın verdiyi məlumata görə, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi-1 ünvanında yaşayan 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 46 yaşlı Esmira Talış qızı Əzimovanı qətlə yetirib.

Hadisəni törədən Elvin Əzimov qaçmaq istəsə də, polis tərəfindən yaxalanıb. Hələlik qətlin nə səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.