Sabiq rəisə qarşı 100 minlik cinayət

Qandal

Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluq edilib.

XALQ.AZ xəbər verir ki, Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İsaxan Teymur oğlu Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ilin may ayında Nəsimi rayonu ərazisində Ağdur adlı şəxsə (soyadı bilinmir) 100 min manat pul verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin sonuncu pulu alaraq vədinə əməl etməyib.

Qeyd edək ki, İ.Babayev 2011-ci ildə vəzifəyə təyinat alıb. Lakin Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ. Babayev də işdən çıxarılıb.