Oğul atasını baltaladı

balta

Bakıda oğulun atasının balta ilə qətlə yetirməsinin səbəbi məlum olub. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin böyük müstəntiqi Zaur Ağakişiyevin verdiyi məlumata görə, 17 yaşlı Şamil Rzayev atası 42 yaşlı Qalib Nəsu oğlunu məişət zəminində öldürüb.

“Atası evə çox vaxt içkili halda gələrək evdəkiləri incidirmiş. Bir müddət belə davam edib. Bundan bezən Şamil Rzayev balta ilə atasını qətlə yetirib”, deyə Zaur Ağakişiyev bildirib.

Qeyd edək ki, mayın 10-da Türkan qəsəbəsi Üzümçülük sovxozunda yaşayan 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə atası 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunu başından balta ilə vurub. Baş nahiyəsinə üç dəfə balta zərbəsi alan kişi ölüb.

Şamil Rzayev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.