Masallıda avto qəza: 3 ölü, 3 yaralı

meyid

Masallı rayonunda ağır yol qəzası baş verib. XALQ.AZ xəbər verir ki,  hadisə bu gün bu gün saat 13.30 radələrində qeydə alınıb.

Belə ki, Ələt-Astara magistralının rayonun Binə-Xocavar kəndindən keçən hissəsində iki minik maşını toqquşub. “VAZ-21099” və “Lexus” markalı minik avtomaşınlarının toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb. Yaralılar Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.