Şeyx Masallıya getdi

2

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Masallıya yollanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. O bildirib ki, şeyx səfər çərçivəsində vəfat etmiş QMİ Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadənin dəfn mərasimində iştirak edəcək.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bu gecə vəfat edib. İdarənin mətbuat xidmətinin rəhbəti Rəhimə Dadaşova ANS PRESS-ə açıqlamasında Hacı Mirəziz Seyidzadə xəstəxanada keçindiyini söyləyib.

Mərhmun cənazəsi torpağa tapşırılmaq üçün doğulduğu Masallı rayonunun Türkoba kəndinə aparılıb. Mərhumun dəfn mərasimi bu gün keçiriləcək. QMİ-nin əməkdaşları dəfn mərasimində iştirak etmək üçün Masallı rayonuna yollanıblar.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadə mart ayında insult keçirib. Hacı Mirəziz Seyidzadə ağır vəziyyətdə beyin-qan dövranının pozulması və hipertoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Daxil olan zaman vəziyyəti olduqca ağır olub.