Bakıda iki qardaş 14 yaşlı qızı zorladı

Zorlama

Bakıda 14 yaşlı qız və çöpçü qadın zorlanıb.

XALQ.AZ-ın xəbərinə görə, bu məlumatı APA TV yayıb. Binəqədi rayonunda 2 zorlanma faktı qeydə alınıb. Bununla bağlı Binəqədi RPİ-yə müraciət olunub. Rayon ərazisində çöpçülük fəaliyyəti ilə məşğul olan qadının evinə gələn naməlum şəxs uşağının boğazında cöp qaldığını deyərək ondan Hökməli qəsəbəsindəki evinə getməyi xahiş edib. Qadını qeyd olunan ünvana gətirəndən sonra onunla zorla cinsi əlaqədə olub və üstündə olan 50 manat pulunu da alaraq, hadisə yerindən qaçıb.

Digər hadisə isə Azadlıq prospektində olub. RPİ 5-ci polis bölməsinə ərizə ilə müraciət edən 14 yaşlı qız bildirib ki, mayın 10-da Fuad kimi tanıdığı şəxsə inanaraq, onunla bir yerdə hazırlığa getməyə razılıq verib. Sonradan onlara Fuadın qardaşı da qoşulub. Onlar Azadlıq prospektindəki 20180 nömrəli binanın damına çıxıblar. Qardaşlar yeniyetmə qıza qarşı seksual zorakı hərəkətlər ediblər.

Hər iki müraciət araşdırılır.