Masallıda polisi bıçaqladılar

Polis-1

XALQ.AZ xəbər verir ki, Masallı DYP-nin inspektoru Ariz İsmayılov Heydər Əliyev prospektində xidmət apararkən Ruslan adlı rayon sakinin tərəfindən ürək nahiyəsindən bıçaqla vurulub. Masallı DYP rəisi Afət Mirzəyevin XALQ.AZ-a verdiyi məlumata görə Ariz İsmayılov peanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır. Hadisənin nə səbəbdən baş verməsi araşdırılır. Hal-hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.