Oğuzda sakinlər kanalizasiya suyu içir

Oguz

Su mənbələrinin üzərində inşa edilmiş istirahət mərkəzləri ətraf mühiti zibilxanaya çeviriblər 

Oğuz rayonunun Xalxal kəndinin sakinləri içməli su üzünə həsrət qalıb.

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı Facebookda Taleh Əkbərov adlı şəxs yayıb.

O bildirib ki, 7 il bundan əvvəl bəzi mətbuat orqanlarında Xalxal kəndinin sakinlərinə işməli su verilib və hər evə kran belə çəkilib. Lakin xəbəri yayan şəxs qeyd edib ki, bütün bular yalandır. “Nə evlərə su xətti çəkilib, nə də kran qoyulub. Camaat kanalizasiya və zibillik suyu içmək məcburiyyətində qalıb”.

Kənd sakinlərinin verdiyi məlumatda deyilir ki, içməli su mənbələrinin başında İstirahət Mərkəzlərinin fəaliyyət göstərməsi səbəbindən onlar zibillik suyu içməkdədirlər. Qeyd edilir ki, həmin mərkəzlər ümumiyyətlə, təmizlik, sanitar-gigeyenik qaydalara qəti nəzarət etmirlər. Əksinə, onlar bulaqlara, su hövzələrinə zibilləri atmaqla oraları çirkləndirirlər.

Kənd sakinləri hətta deyirlər ki, bəzən onların evinə gələn sudan uşaq pampersi, hətta qadın alt paltarı belə çıxır. Məsələyə məsul olan dövlət qurumları isə baş verənlərə göz yumurlar. Göz yummalarının səbəbi isə aydındır.