26 ədəd tutuquşu oğurlayan tutuldu

Tutuqusu

Bakıda yeniyetmənin bir sıra cinayətləri müəyyən edilib.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dilşad Əhmədovaya məxsus noutbuku, Elnarə Katibliyə məxsus mağazadan pul, noutbuk və 26 ədəd tutuquşu, Sevil Sadıqovaya məxsus dərzi atelyesindən geyim və məişət əşyaları, habelə Valeh Əliyevə, Mahir Hüseynova və Rahil Səfərova məxsus avtomobillərdən pul, mobil telefon və sənədlər oğurlamış Ağsu rayon sakini, 14 yaşlı Ə.B. saxlanılıb, izahatı alındıqdan sonra buraxılıb.