“Olimpiadadan əldə edilən ən vacib nüans prosesin şəffaf keçirilməsidir” – Nazir

Olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları bal 650-dən çox olur”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, vaxtilə beynəlxalq olimpiada qaliblərinin müsabiqədənkənar ali məktəbə qəbulunun sui-istifadələrə gətirib çıxaracağı iddia edilirdi.

Nazirin sözlərinə görə, adətən olimpiada qalibləri ali məktəblərə qəbul imtahanlarında da iştirak edir: “Onların imtahanda topladıqları orta bal 650-nin üzərində olur. Olimpiadadan əldə edilən ən vacib nüans prosesin şəffaf keçirilməsidir”.