Ölkədə boşananları sayı artıb

 

Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin yanvar-iyulunda 29  191 nikah və 12 610 boşanma halları qeydə alınıb. Bu isə günə 60 boşanma faktı deməkdir.

 

Sosioloq Əhməd Qəşəmoğlu boşanmaların ilbəil artmasının narahatlıq doğurduğunu və məsələ ilə bağlı təcili tədbirlər görülməli olduğunu deyib. Onun sözlərinə görə, boşanmaların səbəbi bir çox amillərlə bağlıdır.

 

Onun fikrincə, biz elə fəaliyyət proqramları qurmalıyıq ki, ailə yenə öz əbədi, əzəli funksiyalarını yerinə yetirsin. Bu sahədə  sosial xidmətlər artırılmalıdır.

 

Ölkəmizdə bu məsələrlə peşəkar şəkildə məşğul olan elmi mərkəzlər lazımdır – deyə sosioloq vurğulayıb.