“Ölkədə həyata keçirilən islahatların əhəmiyyəti böyükdür” – Deputat

“Azərbaycanda islahatların keçirilməsi daimi və ardıcıl bir prosesdir. Buna görə də idarəetmə orqanlarında, mərkəzi və yerli icra strukturlarında instusional islahatların həyata keçirildiyinin şahidi oluruq”. Bu sözləri  millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, buna paralel olaraq kadr islahatları siyasətinin həyata keçirildiyinin də şahidi oluruq: “Şübhəsiz ki, islahatların uğurlu olması, səmərəli nəticələr verməsi üçün bu paralellik vacib şərtdir. Çünki cəmiyyət inkişaf etdikcə, idarəetmə təkmilləşdikcə və vətəndaşlara xidmət məsələsi ön plana keçdikcə daha çevik qurumlara ehtiyac yaranır. Bu cür qurumlara rəhbərlik edəcək kadrlardan da yeni keyfiyyətlər tələb olunur. Nəticə etibarilə dövlət-vətəndaş münasibətləri yeni keyfiyyət mərhələsinə daxil olur və ölkədə vətəndaş məmnunluğu artır. Bu baxımdan da ölkədə həyata keçirilən islahatların əhəmiyyəti böyükdür. Bu istiqamətdə daimi proses kimi kadr təyinatına xüsusi diqqət yetirilir”.