Ölkələrimiz və xalqlarımız arasındakı dostluq,qardaşlıq əlaqələri güclənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 0ktyabr 2023-cü il tarixdə Tbilisiyə səfər etmişdir. Səfər zamanı ölkələrimiz və xalqlarımız arasındakı dostluq,qardaşlıq əlaqələrinin güclənməsi və möhkəmlənməsi qeyd olunmuşdur. Əsrlər boyu bizim xalqlarımız mehriban dostluq şəraitində yaşamışdır.Bu hər iki ölkə üçün çox vacibdir. İl boyu Azərbaycanda və Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd olunur.

Görüş zamanı ən maraqlı məqam Ulu öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun yad edilməsi oldu. Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı,cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan,müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.

Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyr.Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.

Dövlət başçısının görüş zamanı qeyd etdiyi kimi üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir,keçən ay bütün ölkə öz suverenliyini bərpa etdi. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Bu gün bir neçə ölkə,eyni zamanda,bəzi təşkilatlar Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq,bu sahədə Gürcüstan ola bilərdi.Həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Həyata keçirilən enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.

Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrakstruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbillisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Energetika sahəsində ənənəvi sahələrdən başqa hər iki ölkəni birlşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. İki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər və yaxın aylarda bu layihənin texniki- iqtisadi əsaslandırılması hazır olacaq.

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşıdır.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi,iqtisadi,humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq,əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub.Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib,ölkələrimiz arasında siyasi,iqtisadi,enerji,mədəni və digər sahələrdə səmərəli əməkdşlıq formalaşıb.

Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu,Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri)reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Bunlarla yanaşı paytaxt Tbilisidə Ümummilli lder Heydər Əliyevin adını daşıyan böyük küçə,park və abidə var.Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən,bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız Marneuli, Qardabanı,Bolnisi,Dmanisi,Rustavi və paytaxt Tbilisi şəhərində məskunlaşıblar.

İlyas Əfəndiyev adına Elitar gimnaziyanın tarix müəllimi Xatirə Abbasova.