Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil,həm də tarixi köklər birləşdirir.

Cari ilin oktyabrın 8-də ölkə rəhbərimiz İlham Əliyev Gürcüstana rəsmi səfəri oldu.Hər birimizə məlumdur ki, əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır.

Bu gün də belədir və ölkəmiz üçün çox vacibdir.Hələ sovet dövründə bizim azərbaycanlılar və gürcülər bir-biri ilə sıx təmasda olub xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər.Ulu Öndər Heydər Əliyev və Eduara Şevardnadzenin dostluğunun hər iki dövlət üçün böyük tarixçəsi vardır.Bu iki parlaq şəxsiyyət sovet dövründə öz istedadı,cəsarəti və xalqlarına bağlılığı ilə fərqlənirdi.Məhz onların fəaliyyəti nəticəsində müstəqil Azərbaycan və müstəqil Gürcüstan inkişaf etməyə başlamışdır.

Azərbaycan prezidenti Gürcüstanın paytaxtı Tbilisidəki tədbirdə geniş ətraflı çıxış edərək mətbuatda bəyanətlər verdi.

O qeyd etdi ki, “Cənubi Qafqazda sülh hələ tam bərqərar olunmayıb.Bu mənim qardaş ölkəyə 11-ci səfərimdir.Bizim ölkəylə Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri,humanitar və iqtisadi tərəfdaşlıq əlaqələri birləşdirir.1996-cı ilin martın 8-də imzalanmış sənəd ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.

Bu gün bütün dünya ictimaiyyətində məlumdur ki Azərbaycan və Ermənistan arasında gedən proseslərdə ədaləti dəstəkləyən dövlətlər arasında Gürcüstan dövlətinin xüsusi yeri vardır.Biz bunu alqışlayırıq.Ölkələrəmiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində nəqliyyat kommunikasiya layihələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri,Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri,Bakı-Tbilisi-Qars dəmir yolu və s.reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi əhəmiyyət daşıyır.Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə,park və abidə var.

Bu bir daha göstərir ki,Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib.Üç il bundan əvvəl ikinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.Ötən ayda bütün ölkə üzrə suverenliyimizi bərpa etdik.Bu bizim həm xalqımız,həm də dövlətimiz üçün çox uğurlu addımlardan biridir.Gürcüstan dövləti ilə bizi birləşdirən sahələrdən biri də “Yaşıl enerji dəhlizi” layihəsidir.

Burada da iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq.Gürcüstanda bizim çox sayda soydaşlarımız yaşayır.Son dəfə 2014-cü ildə aparılan siyahıyaalınmada ölkədə yaşayan azərbaycanlıların sayı 233 min nəfər olmuşdur.

Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

Hacıyeva G.

Nəsimi Rayon İctimai Şuranın sədr müavini