Onlar Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçiliblər

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilən deputatların adları məlum olub.

XALQ.AZ-ın məlumatına görə, Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Baş direktorunun müavini Arzu Nağıyev Azərbaycan-Gürcüstan, Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova isə Azərbaycan-İspaniya parlamentlərarası dostluq qruplarına rəhbərlik edəcəklər.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.