Onların başqa çıxış yolu yoxdur

“Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu qalmayıb”.

Bu barədə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Paşinyan Praqada və Soçidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib:

“Paşinyan Qarabağda ermənilərin yaşadığı ərazilərin də Azərbaycan ərazisi olduğunu açıq şəkildə qeyd edib. O, dünyada bütün dövlətlərin Qarabağı Azərbaycanın suveren ərazisi olduğunu tanıdığını deyib. Bu, o deməkdir ki, ermənilərin Qarabağla bağlı formalaşdırdığı sərsəm arzular reallığa uyğun deyil.

Təbii ki, sülh müqaviləsinin imzalanması uzun bir prosesdir. Burada sərhədlər delimitasiya-demarkasiya olunmalı və dövlətlərimiz arasında rəsmi sərhəd formalaşmalıdır. Bunun üçün dövlət başçılarımızın və müvafiq komissiyalar görüşlər keçirilməlidir. Bir sıra tərəddüdlü məsələlər də müzakirə olunmalı və həllini tapmalıdır”.