Onlayn təhsildən yararlanan tələbələrin sayı açıqlandı

“Təhsil Nazirliyi ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu şəraitdə tələbələrə ali təhsil sahəsində məzmunun çatdırılması əsas hədəflərdəndir”.XALQ.AZ xəbər verir ki, bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, karantin müddətində 21 ali təhsil müəssisəsi onlayn formada dərslər keçir: “95 min tələbə bu imkandan istifadə edir. Hazırda bu işin daha da təkmilləşdirilməsi istiqamətində işlər gedir”.

C.Bayramov bildirib ki, bu gün ölkədə 50 faiz tələbə dövlət hesabına təhsil alır: “Koronavirusla əlaqədar kasıb tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı verilən qərar təqdirəlayiq idi. Müəyyən müddət ərzində tələbələr alt-sistemə daxil olaraq özləri barədə məlumatları qeyd edəcəklər”.