Operativ Qərargahın brifinqi – Canlı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı uğurlu mübarizə davam edir. Bu işlər dünya ictimaiyyəti tərəfindən də çox yüksək qiymətləndirilir.

XALQ.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, Azərbaycanla ÜST arasında çox sıx təmaslar mövcuddur:

“Azərbaycan COVİD-19-a qarşı təşəbbüskar dövlət kimi çıxış edir. May ayı ərzində 2 beynəlxalq tədbir keçirilib. 10 may tarixində qlobal məsuliyyət fonunda prezidentin iştirakı ilə Qoşulmama hərəkatı keçirildi və 140-dan artıq dövlət burada iştirak etdi.

Azərbaycan Respublikası tərəfindən ölkəmizdə görülən tədbirlərin tərkib hissəsi kimi xaricdən ölkəmizə səyahətlər dayandırıldı. Lakin vətəndaşlarımızın ölkəyə gətirilməsi davam edir” .

H.Hacıyev qeyd edib ki, “Evə gedirəm” portalı vasitəsilə 5 may tarixində Rusiyadan Azərbaycana xeyli vətəndaşımız gətirilib:

“95 vətəndaş da bu tarixdə İrandan Azərbaycana gətirilib. 8 mayda 250 nəfər, 11 mayda 52 nəfər, 12 mayda isə Bakı-Moskva reysi ilə tələbələr Azərbaycana gətirilib. 14 mayda Kiyev-Bakı reysi ilə 198 nəfərin Azərbaycana gətirilməsi nəzərdə tutulur”.

H.Hacıyev bildirib ki, öncəki tarixlərdə 500-dən artıq vətəndaş quru yolu ilə ölkəyə gətirilib:

“Azərbaycanın bu təcrübəsi beynəlxalq strukturlar tərəfindən yüksək qiymətləndirilib. Xaricdən gələn vətəndaşların sağlamlığını təmin etmək üçün xüsusi karantin zonaları təyin edilib. Onlar testdən keçirilib və 14 gün karantin şəraitində saxlanılır”.

OPERATİV QƏRARGAH BRİFİNQ KEÇİRİR

OPERATİV QƏRARGAH BRİFİNQ KEÇİRİR – SON MƏLUMATLAR AÇIQLANIR

Gepostet von REAL TV am Mittwoch, 13. Mai 2020

XALQ.AZ