Oqtay Əsədov Sankt-Peterburqa gedir

 

7

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlamentin nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-29-da Sankt-Peterburqda səfərdə olacaq. Bu haqda Modern.az saytına Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə parlament aparatının rəhbəri Səfa Mirzəyev, deputatlardan Mirkazım Kazımov, Hacı Salayev, Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva,Aslan Cəfərov və digər rəsmi şəxslər daxildirlər.

Parlamentlərarası Assambleyanın toplantısında MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili, parlamnetlərarası asambleyanın nəzdində sağlamlığın qorunması üzrə ekspert şurasının fəaliyyəti, sərhəd xətləri olmayan Avropanın qurulmasında parlmenlərin rolu və bir sıra təşkilatı məsələlər müzakirəyə çıxarılacaq.

A. Təvəkküloğlu bildirib ki, tədbirdə müasir dünyada nüvə təhlkükəsizliyi, nüvə silahlarının tərksilah olunması prosesində və onun yayılmasının qarşısının alınmasında paralamentlərin rolu mövsümə həsr olunmuş mələlər müzakirə olunacaq.

Səfər zamanı Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulur. Görüşlərdə ikitərəflki əlaqələrin inkişafı parlamentlər səviyəsində əməkdaşlığın genişləndiriliməsi və digər məsələlər ətrfaında fikir mübadiləsi aparılacaq.