Millət vəkili rektorla görüşdü

55

Millət vəkili Qənirə Paşayeva Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz ilə görüşdə qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizənin gücləndirilməsindən danışıb. Xalq.az -ın verdiyi məlumata görə, qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili “bir millət, iki dövlət” olan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə daha da inkişaf etməsinin sevindirici olduğunu deyib.

Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva Ardahan Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın başlanmasının məmnuniyyətverici olduğunu deyib.

Azərbaycanı çox sevdiyini deyən Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaza Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.