Oqtay Şirəliyev şəhid övladını öldürdü! – Qarabağ qazisindən ETİRAZ

“Şəhid balasını Oqtay Şirəliyev öldürdü!”

XALQ.AZ xəbər verir ki, belə bir açıqlama ilə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu çıxış edib.

O bildirib ki, Şəhid oğlu Elxan Mehdiyevi Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu müalicə üçün Bakıya gətirib: “Amma Bakıda xəstəxanada ona heç nə etmədilər. Dedilər ki, Azərbaycanda müalicəsi yoxdur. Amma xaricdə – Türkiyədə mümkün idi. Onun Türkiyədə müalicəsinə rəsmi rəy vermədi Oqtay Şirəliyev. Fondu da, Mehriban xanımı da aldatdı. Onlara dedilər ki, “Müalicəsi yoxdur”.

Müalicəsi Türkiyədə ola-ola şəhidin tək balasının ölümünə hökm verdilər! Mehriban Əliyevaya ən böyük hörmətsizliyi, insanlarımıza qarşı ən yaramaz münasibəti səhiyyə naziri Oqtay Şirəliyev göstərir!”

Afn.az