Ordumuzun əsgəri yaralandı

Avtomat-1

Ötən gün Naxçıvanda Ordumuzun əsgəri tabeçiliyində olan avtomat silahdan açılan atəş nəticəsində yaralanıb.

ANS PRESS-in məlumatına görə, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəsinin əsgəri Kamran Rüstəm oğlu Cəlilov tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş nəticəsində yaralanıb. Yaralanan əsgər təcili hərbi hospitala yerləşdirilib.

Faktı ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Bildirilib ki, hadisə əsgər Kamran Cəlilovun silahla davranışı zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.

Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, əsgər K.Cəlilov Lənkərandan həqiqi hərbi xidmətə çağırılıb.