Qadınlara sünnət edən həkim mühakimə olunur

sunnet

Britaniyada ilk dəfə olaraq ölkə məhkəməsi qarşısında qadınlara sünnət edən həkim cavab verir.

Xalq.az-ın məlumatına görə, söhbət 2012-ci ildə doktor Danun Darmasen tərəfindən gerçəkləşdirilmiş sünnət əməliyyatından gedir. Sözügedən qadın sünnətdən bir qədər əvvəl London klinikalarından birində dünyaya uşaq gətiribmiş. Doktorun əməliyyat assistenti də cinayətə yardım etməyə görə günahlandırılır.

Qadınlara sünnət adəti bir sıra Afrika, Asiya və Yaxın Şərq xalqlarında geniş yayılıb. 1985-ci ildən isə Britaniyada qadın sünnətini qadağan edən qanun qəbul edilib