Öyrəndim…

 

25

Elə bir həyat yaşadım ki, Cənnəti də gördüm, Cəhənnəmi  də…

Həyatın qorxaqları sevmədiyini erkən gördüm və cəsarəti  öyrəndim;

Uğuru çalışmadan qazanmağın mümkünsüzlüyünü gördüm və zəhməti öyrəndim;

Ən böyük sərvətin yaxşılıq olduğunu gördüm və insan olmağı öyrəndim;

Xəyanətin ağrısını gördüm və sədaqəti öyrəndim;

Yaradanın sevdiyi bəndələrini imtahanlardan keçirdiyini gördüm və səbri öyrəndim;

Dostların böyük zənginlik olduğunu gördüm və dost olmağı öyrəndim;

Xətalardan ibrət almağın ən yaxşı dərs olduğunu gördüm  və özümü öyrəndim;

Birini dünyada hər şeydən çox sevməyin yanlış olduğunu,  itirəndə öyrəndim;

Dünyanın fani olduğunu gördüm və sevməyi öyrəndim;

Özümə söz verdim, nə olursa olsun həyatdan küsməyəcəksən;

Nə əngəl olursa olsun geri çəkilməyəcəksən;

Xəyallarından, arzularından vaz keçməyəcəksən;

Yıxıldınmı, yenidən qalxacaqsan;

İtirdinmi, qazanmaq üçün yenidən başlayacaqsan;

Dedi-qodulara qulaqlarını qapayacaqsan;

Qeybəti dilinə haram buyuracaqsan….

Gecə-gündüz çalışacaqsan…

Həyatın qədrini biləcəksən…

Amma ən əsası insan olacaqsan…

Ona şükr etməyi öyrənəcəksən…

Hər kəsdən və hər şeydən daha çox Onu sevəcəksən…

Bunları daha yaxşı ölüm qoxusunu hiss edəndə öyrəndim….

Ölmədən öncə ölməyin nə demək olduğunu öyrəndim…

Ölmədən öncə ölmək…

Əslində bundan başlamalıydım öyrənməyə….

Onu da öyrəndim…