Pərviz Şahbazov qəbul keçirəcək

Dekabrın 10-da Energetika naziri Pərviz Şahbazov Yevlax şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Nizami prospekti 61) keçiriləcək.

Energetika Nazirliyindən  bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün nazirliyin “minenergy@minenergy.gov.az” elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Yevlax filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.yevlakh@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar “www.minenergy.gov.az” internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin “Facebook” səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.