Pakistanda zəlzələdən ölənlərin sayı sayının artacağı güman edilir

35

 

Pakistanda zəlzələ nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. ANS PRESS-in İnterfax-a istinadən verdiyi məlumata görə, bu barədə yerli xilasdedicilər məlumat verib. Buna qədər isə ölənlərin sayının 45 olduğu bildirilirdi. Dağıntılar nəticəsində dünyasını dəyişənlərin sayının artacağı güman edilir. Yeraltı təkanlar Bəlucistan əyalətiondə çoxlu sayda yol və binalara ziyan vurub. Qeyd edək ki, zəlzələ ötən gün 7,7 bal gücündə Pakistanda və Hindistanın şimalında hiss edilmişdi