“Park Qusar” istirahət mərkəzində kütləvi zəhərlənmə
Qusardakı istirahət mərkəzində 5 nəfər zəhərlənib.
XALQ.AZ xəbər verir ki, hadisə Caqar kəndində, “Park Qusar” istirahət mərkəzində qeydə alınıb.
1973-cü il təvəllüdlü Aynurə Fərzəliyeva, 2003-cü il təvəllüdlü Bəhram Xanıyev , 1986-cı il təvəllüdlü Fərid Əskərli, 1997-ci il təvəllüdlü Aygül Xanızadə və 2002-ci il təvəllüdlü Qızbəs Fərzəliyeva zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.
İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.