Müşfiq Məmmədli gənclər görüşdü
Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürüdür ki, fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü kimi qeyd olunur.
XALQ.AZ məlumat verir ki,bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
Deputat əlamətdar gündə Siyəzən rayon Mədəniyyət evində gənclərlə görüş keçirildi, gənc müğənni Sahil Məmmədovun “Ömrün üç fəsli” adlı solo konsertində iştirak edib.
Millət vəkili Müşfiq Məmmədli bir qrup seçicilərimizlə onları maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparıb.