Partiya sədri koronavirusdan vəfat etdi

Müstəqil Türkiyə Partiyasının sədri Haydar Baş koronavirusdan dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, Haydar Baş 4 gündür Trabzonda koronavirus diaqnozu ilə müalicə aldığı özəl xəstaxanada vəfat edib.

Xəstəxanadan verilən məlumata görə, tənəffüs çətinliyi yaşayan siyasətçi dünən reanimasiyaya yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Haydar Baş 4 gün öncə ailəsindən 8 nəfərdə koronavirus aşkarlanmasından sonra xəstəxanaya yerləşdirilmişdi.