Paşinyan çıxılmaz vəziyyətdə-İstefa tələb olunur

Ermənistan müxalifəti 20 fevral tarixinə yeni aksiya təyin edib.

XALQ.AZ  Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Daşnaksütun Partiyasının funksioneri İşxan Saqatelyan məlumat verib.

Aksiyanın İrəvandakı “Azadlıq” meydanında keçiriləcəyi bildirilib. Saqatelyan qeyd edib ki, erkən parlament seçkilərinin keçirilməyəcəyi elan olunduqdan sonra “Mənim addımım” blokunun istefası zərurətə çevrilib.

Etiraz aksiyasında baş nazir Nikol Paşinyan və hakimiyyətin istefası tələbinin qoyulacağı bildirilib.