Vuqar İskəndərov seçicilərin probləmlərini həll etdi-Fotolar

Şəki Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Vüqar İskəndərovun seçiciləri ilə növbəti görüşü keçirilib.

XALQ.AZ xəbər verir ki, millət vəkili bir il ərzində görülən işlər barədə danışıb və müraciətlərin əksəriyyəti həll olunduğunu bildirib .

Qəbul zamanı onları maraqlandıran və narahat edən məsələlər barədə fikir mübadiləsi aparılıb. Məşğulluq, səhiyyə, mənzil problemi, kommunal məsələlərlə bağlı müraciətlər qeydə alınıb.

Qaldırılan məsələlərin bir neçəsi yerindəcə həllini tapıb. Digərlərinin isə aidiyyatı qurumlara yönləndirilib.

Qeyd edək ki, deputat mütəmadi olaraq şəhid və qazi ailələrinin qayğıları ilə maraqlanır.