Paytaxt klubları bölgə təmsilçilərini qəbul edəcək – Azərbaycan Kuboku

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. Xalq.az -ın məlumatına görə, ilk olaraq “Səbail” “Şamaxı”nı qəbul edəcək.

“ASCO Arena”da reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq.

Günün ikinci görüşündə “Zirə” “Turan Tovuz”u sınağa çəkəcək. Matç saat 17:00-da start götürəcək.