Paytaxt sakini evində ölü tapıldı

Olu

Bakı sakini evində ölü tapılıb.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qaynar xəttinə daxil olan məlumatda Bakının Binəqədi rayonunda, 1963-cü il təvəllüdlü Xəlifəli Dünya Böyükağa qızının mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi məlum olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilin eyvanına qonşu mənzilin eyvanından enərək içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Aparılmış ilkin müayinə zamanı D.Xəlifəlinin vəfat etdiyi müəyyən edilib.