Paytaxtda bir neçə yol bağlanır

Yol baglanir

Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılacaq.

Xalq.az-ın məlumatına görə, bu barədə “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məlumat verilib.

Belə ki, bu gün saat 11:00-dan yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə gün ərzində Zığ şossesində (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Zığ dairəsinə qədər) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Eyni zamanda yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Məmməd Araz (köhnə adı – Teymur Əliyev) və Yusif Vəzir Çəmənzəminli küçələrində də nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.