Paytaxtda məktəb avtobusu aşdı

Avtobus

Bu gün səhər saatlarında Bakının Nəsimi rayonu ərazisində orta məktəbə məxsus mikroavtobus qəzaya uğrayıb. Xalq.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Səməd Vurğun küçəsində baş verib.

Belə ki, “Prado” markalı minik maşını Səməd Vurğun küçəsindən Əziz Əliyev küçəsi istiqamətinə dönərkən qarşıdan gələn “Mercedes” markalı mikroavtobusa çırpılıb. Zərbənin təsirindən mikroavtobus aşıb. Mikroavtobusda sürücüdən başqa heç kim olmayıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, “Mercedes” markalı mikroavtobus Heydər Əliyev adına orta məktəbin xidməti maşınıdır.