Polisə silahlı hücum (VİDEO)

Ukraynanın Donetsk şəhərində Dövlət Avtomobil Müfəttişlərinə (DAM) qarşı edilən silahlı hücumun videosu yayılıb.

Yanlarından avtobus keçdikdən sonra, gözlənilmədən meşə zolağı tərəfdən maskalanmış iki silahlı şəxs müfəttişlərin üzərinə gəlir və atəş açırlar.

XALQ.AZ-ın məlumatına görə, hadisə iki gün əvvəl – 3 iyul tarixində baş verib. Ukraynanın Donetsk şəhərində şəxsiyyəti müəyyən olunmayan silahlılar Dövlət Avtomobil Müfəttişlərinə hücum ediblər. Nəticədə 3 asayiş qoruyucusu hadisə yerindəcə həlak olub, biri isə ağır yaralıdır. Daha sonra məlum olub ki, silahlılar yaralanan polislərin ölməsi üçün başlarına da güllə vurublar.