Onlardan 17-si “isti izlər”lə açılıb
Noyabrın 21-dən 22-dək Respublika ərazisində 137 cinayət hadisəsi baş verib.
XALQ.AZxəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 137 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılıb.
– Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
– Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər xəsarət alıb.
– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
– Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Orxan